Prezidentin izi ilə: Sumqayıtda yeni iş yerləri YARADILIR
Prezident İlham Əliyevin ötən gün Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi müəssisələrə media-tur təşkil edilib. APA TV xəbər verir ki, media nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin Sulfat turşusu istehsalı müəssisəsində olublar. Diqqətə çatdırılıb ki, Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilmiş müəssisədə mineral gübrələrin istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə edilən sulfat turşusu məhsulunun istehsalı həyata keçirilir. İllik istehsal gücü 20 min ton, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 34 nəfər daimi işlə təmin edilib. Zavodun məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə xarici ölkələrə ixrac ediləcək.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı