Prezidentin Zəngilan səfərindən sonra bölgədə nələr dəyişəcək?

# 18:13
21 oktyabr 2022

İşğaldan azad olunan ərazilərimizdə görülən yenidənqurma işləri görən hər kəsi heyran edir. Görülən bərpa işləri isə prezident İlham Əliyevin diqqəti və nəzarəti altında həyata keçirilir.

 

APA TV-nin əməkdaşları  prezident İlham Əliyevin izi ilə Ağalı kəndində olub. Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə həmsöhbət olub. Kənd sakinləri buradakı şəraitdən məmnunluq ifadə edib.

 

Zəngilan rayonunun Ağalı kəndində və eyni zamanda gələcəkdə kəndin ətrafında salınacaq digər yaşayış məntəqələrində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.

 

Zəngilan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO – nun  beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə instrumental eniş sistemləri, marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib.

 

Qeyd edək ki, Zəngilan Beynəlxalq hava  limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. 

 

Onu da qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

 

Prezidenti İlham Əliyevin şəhərində ilk yaşayış binasının təməlini qoyduğu Zəngilan şəhərindəyik.

 

Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.

 

Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bundan başqa ərazinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq.

 

Qeyd edək ki, Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında məktəb binası da inşa olunacaq.  Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR