Priqojinin qiyamı Müdafiə Nazirliyini bir-birinə vurub

# 17:17
1 iyul 2023

 

"Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin hərbi qiyam cəhdindən sonra Rusiya Müdafiə Nazirliyində yoxlamalar aparılıb. APA-nın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, Müdafiə naziri Sergey Şoyqunun yaxın ətrafı "Vaqner"lə mümkün əlaqələrin olması ilə bağlı araşdırılıb. Eyni zamanda qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Şoyqunu və baş qərargah rəisi Gerasimovu vəzifələrindən azad etməyi planlaşdırmır, çünki onlar Putinin uzunmüddətli tərəfdarlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR