"Prius” yarım milyonluq “Ferrari”ni yararsız hala saldı – APA TV
Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Hadisə Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verib. Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb.
Bu zaman “Prius” markalı maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb. “Ferrari” yol nişanına çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobil deformasiyya düşüb. Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu