"Prius"un sürücüsü sükan arxasında yatdı, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 21 yaşlı Bilal Füzuli oğlu Rəcəbovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil maneəyə çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yatması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu