Problem nə vaxt aradan qaldırılacaq?

# 15:37
9 yanvar 2023

Qar yerə  dəyər-dəyməz artıq paytaxtda 17 binanın istiliklə təminatında fasilə yaranıb. “Azəristiliktəchizat” ASC- daxil olan müraciətlərin çoxu Nizami rayonundan olub.

Məsələ ilə  bağlı qurumun mətuat xidməti ilə  əlaqə saxladıq. Mətbuat katibi  Elvin Basqallı bildirdi ki,  problem qısa zamanda aradan qaldırılacaq.

Elvin Basqallı onu da bildirdi ki, “Azəristiliktəchizat” əməkdaşları belə hava şəraitlərində gücləndirilmiş iş rejimində çalışırlar.

Qeyd edək ki, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə “Azəristiliktəchizat” ASC-də "Çağrı mərkəzi" fəaliyyət göstərir. 956 "Çağrı mərkəzi" bütün sutka ərzində fəaliyyət göstərir və bu xidmətdən Bakı şəhəri ilə bərabər respublikanın regionları da istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR