Prokurorluq hərəkətə keçdi: Şəhid qardaşının videosunu çəkənlər AXTARILIR

# 07:09
17 sentyabr 2022

Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sosial şəbəkələrdə yayılan videosu ilə bağlı məlumat yayıb. Bildirilir ki, hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Xatırladaq ki, Sənan Əhmədov iki gün əvvəl verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia edib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib. Bundan sonra Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatda bildirilib ki, Sənan Əhmədovla Nazirlikdə görüş təşkil edilib. Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edilib ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı MN tərəfindən araşdırma aparılır. Daha sonra isə Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsi ilə bağlı yeni açıqlama verib. Şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR