Putin bu xəbərə çox üzüləcək - Rus general Ukraynada snayperlə ÖLDÜRÜLDÜ

# 16:44
3 mart 2022

Ötən gün sosial şəbəkələrin Rusiya seqmentində 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin Ukraynada gedən döyüşlərdə həlak olduğu haqda xəbər yayılıb.

 

APA TV virtualaz.org saytına istinadən xəbər verir ki, xəbəri generalın tanışı Sergey Çipilyev paylaşıb. Onun sözlərinə görə, Suxovetski martın 2-də öldürülüb. Martın 5-də isə onunla keçiriləcək vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.

 

Bəzi media mənbələrində yayılan məlumatlara görə, şərhlərdə yazılanlara əsasən generalı snayper vurub.

 

Qeyd edək ki, general Suxovitski Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini vəzifəsinə 2021-ci ilin oktyabrında təyin edilmişdi. Onun xidmət yeri Novosibirsk şəhəri olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR