Putin nüvə silahının Belarusda yerləşdirmə vaxtını açıqladı
Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsinə müvafiq qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlanacaq.
Bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib.
“İyulun 7-8-də müvafiq strukturların hazırlanması tamamlanır və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq”, Putin qeyd edib.
Qeyd edək ki, Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə bağlı qərarı Putin martın 25-də bəyan edib. Onun sözlərinə görə, bu addım “nüvə silahının yayılmaması vədini pozmayacaq: "Çünki Moskva öz nüvə silahını Minskə təhvil vermir"
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib