Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib - APA TV

# 19:34
5 oktyabr 2022

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - deyə Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR