Putin: "Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb"
"Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb".
APA TV-nin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
Dövlət başçısı bildirib ki, Rusiya beynəlxalq məsələlərdə BMT-nin vacib rolunu hər zaman dəstəkləyib.
Eyni zamanda V. Putin qeyd edib ki, Rusiya bütün dünya ilə dostluq münasibətləri istəyir, amma kimsə bunu zəiflik kimi qəbul edərsə, cavabın cəld və sərt olacağını bilməlidir.
“Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, amma lazım olan anda, cavabımız asimmetrik, sürətli və sərt olacaq. Onlar peşman olacaqlar", - deyə Rusiya Prezidenti vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu