Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA TV-nin Kremlə istinadən verdiyi xəbərə görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.
V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.
Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik