Putin Zelenski ilə görüşür? LAVROV AÇIQLADI:
Biz görürük ki, bizim qərbli tərəfdaşlarımız nə qədər təhlükəli addımlar atır, Ukraynaya ölümcül silah verirlər.
APA TV-nin müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra deyib.
O qeyd edib ki, Rusiya başqa ölkələrə hücum etmək niyyətində deyil.
Nazirin sözlərinə görə, Rusiya Ukraynaya hücum etməyib, Rusiya, sadəcə, o ərazidən gələn təhlükəyə cavab verib: “Ukraynanı silahlandıranlar öz addımlarının məsuliyyətini dərk etməlidirlər”.
Lavrov ABŞ-ın Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etdiyini də bildirib.
Rusiyanın Xarici İşlər naziri Putin və Zelenskinin görüşünün mümkünlüyünə də münasibət bildirib
Onun sözlərinə görə, Rusiya və Ukrayna prezidentlərinin görüşü nəticə verəcəksə, baş tuta bilər.
DİGƏR XƏBƏRLƏR

Xalq Bankdan Güney Azərbaycan poeziyasına həsr olunmuş yeni nəşr

Hacıqabulda yağışdan sonra bu təpəliklərdə yeni həyat başlayır

Su - kanalizasiya xətlərinin üzərində evlər tikilib – 164 evdə vəziyyət pisdir
