Putin zəng etdi, Berdiməhəmmədov dəstəyi oğluna verdi
Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.
Bu barədə Türkmənistanın Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Putin keçirilən uğurlu seçkiyə görə Türkmənistan prezidentini təbrik edib.
Daha sonra Türkmənistan prezidenti dəstəyi yeni seçilmiş prezident, oğlu Sərdar Berdiməhəmmədova verib. Putin yeni prezidenti təbrik edib və ona bu vəzifədəki fəaliyyətində uğurlar arzulayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib