Putinə təhdid mesajı: “Sarayındayıq...”

# 12:55
26 mart 2022

“Anonymous” haker qrupu Rusiya Mərkəzi Bankının rəsmi saytını dağıdaraq Rusiya Prezidenti Vladimir Putinə mesaj göndərib.

 

APA TV xəbər verir ki, bu barədə qrupun Tvitter səhifəsində məlumat verilib.

 

Məxfi razılaşmalar da daxil olmaqla 35 mindən çox sənədi yayımlamağa başlayan "Anonymous" görüntülü açıqlamada bu faylların ölçüsünün 28 geqabayt olduğunu bildirib.

 

“Biz bu sənədləri internetin müxtəlif nöqtələrinə göndərmişik. Əgər sənədlər senzuradan keçərsə, biz onları başqa linklər vasitəsilə paylaşacağıq”, - deyə mesajda bildirilir.

 

“İndi biz Rusiya Federasiyası Mərkəzi Bankının minlərlə sənədlərini, hər cür əməliyyatları, fərmanlarını, hesabatlarını dərc edirik. İnsanlar Rusiya iqtisadiyyatının əslində nə olduğunu öyrənəcəklər. Bəyannamələr, yazışmalar, başqa ölkələrlə imzalanmış ticarət müqavilələri, oliqarxlarınızın sirləri. İstifadə etdiyin məxfi videoların və tətbiqlərin… Biz sənin sarayındayıq, biz sən harda yemək yeyirsənsə, oradayıq. Biz sənin süfrənin arxasındayıq. Biz sənin yatdığın yerdəyik”, - deyə haker qrupu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR