Putinin qələbəsi Qərbdə nüvə müharibəsi narahatlığını artırır

# 20:30
19 mart 2024

Rusiyada prezident seçkilərində Validimir Putinin qalib gəlməsi Qərbdə anti-Moskva güclərin daha aktivləşməsinə səbəb olub. Siyasilər bildirirlər ki, Putinin qalibiyyəti Rusiya-Ukrayna müharibəsinin və ya Moskvanın Qərblə bağlı planlarının davam etməsi deməkdir. Bununla yanaşı, Qərb mediası NATO hərbi kontingentinin Ukraynadakə fəaliyyətini təsdiqləyən məlumatlar bölüşüb. Bu isə mövcud konfliktin Kreml-Kiyev qarşıdurması kimi çərçivələnməyəcəyi təhdidləri yaradır. Əsas proqnozlardan biri isə Rusiya-NATO münaqişəsinin qaçılmazlaşmasıdır. Qərbin Moskvaya qarşı yeni planları var və buna görə də, insanlar Rusiya ilə toqquşmaya psixoloji hazırlıq mərhələsindədir. Rusiya ictimaiyyəti üçün də analoji təbliğat aparılır. Kreml Qərbi NATO-Rusiya savaşına hazırlıqda günahlandırır. Ola bilər ki, Rusiya siyasi-hərbi elitası qlobal savaş təhlükəsi barədə müəyyən kəşfiyyat məlumatları alıb. Ötən il bu, III Dünya müharibəsi kimi anons edilirdi. Maraqlıdır ki, Qərb ölkələrinin Ukraynada Rusiyaya qarşı iştirak etmək barədə Fransa prezidentinin çağırışına Almaniya və İtaliya əks mövqe bildirsə də, Avropa Şurası İttifaqının prezidenti Şarl Mişel Rusiyanı dayandırmaq üçün hər yola əl atılmanın vacib olduğunu deyib. O bildirib ki, Avropa İttifaqı “müharibə iqtisadiyyatına” keçməli və Kiyevin qələbəsini təmin etmək üçün hər şeyi etməlidir. Avropa Şurasının rəhbəri əlavə edib ki, Rusiya Ukraynada olduğu kimi, Moldova, Gürcüstan, Cənubi Qafqaz, Qərbi Balkanlar və hətta Afrikada sabitliyi pozan taktikasını davam etdirir. Əgər müdaxilə olunmasa, növbəti hədəf Avropadır. Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Sergey Krivonos müsahibəsi zamanı deyib ki, Kiyev Qərb ölkələrinin nüvə silahlarının Ukrayna ərazisinə yerləşdirilməsini təklif edib. Nümunə kimi o, Rusiya ilə Belarusun nüvə əməkdaşlığını göstərib. Generalın fikrincə, oxşar model Ukrayna, Fransa və Böyük Britaniya arasında da qurulmalıdır. “Rusiya Qərbi 11 dəfə nüvə müharibəsi ilə hədələyib”. Bunu çıxışında BMT-nin baş katibi Antoniu Quterreş deyib. O, nüvə müharibəsinin başlama riskinin daha çox olduğunu vurğulayıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib ki, Moskva nüvə doktrinasına ciddi əməl edir və əlavə edib ki, tərəfləri nüvə müharibəsinə qızışdıran ABŞ-dir. Estoniyanın baş naziri Kallas isə müsahibəsində Putinin nüvə ilə bağlı mövqeyini blef adlandırıb və bildirib ki, Kremlin lideri nüvə müharibəsindən qorxur. “Putin cəmiyyətimizdə qorxu yaratmaqda çox mahirdir. O nədən qorxduğumuzu bilir, bununla bizi qorxutmağa çalışır. Bu tələdir. Çünki qorxduğumuz zaman lazım olanı etməkdən özümüz danışmağa başlayırıq və Putinin də istədiyi budur”, deyə baş nazir əlavə edib. Analitiklərin məlumatına görə Ukraynadakı döyüşlərdə Qərbin iştirakının dərinləşməsi nüvə müharibəsi riskini daha da artıracaq. Xatırladaq ki, Vladimir Putin çıxışlarının birində “Rusiyanın suverenliyi və ya müstəqilliyi təhlükə altına düşərsə, nüvə silahından istifadə etməyə hazır” olduğunu demişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR