Putinlə Paşinyan Laçın yolundan danışdılar
Kreml Rusiya və Ermənistan liderlərinin telefon danışığına dair məlumat yayıb.
APA Kremlə istinadən məlumat yayıb ki, telefon danışığı zamanı regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki olaraq qarşıda duran məsələlərin həllinə diqqət yetirilməklə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
Müzakirə əsnasında Laçın yolu kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanmış fundamental razılaşmaların bütün şərtlərinə ciddi əməl olunmasının vacibliyi bir daha öz təsdiqini tapıb.
Ermənistan hökumətinin mətbuat xidməti isə məlumat yayıb ki, tərəflər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu