Qaçırdığı qızla qaldığı evi yandırdı

# 18:20
17 noyabr 2022

Şəmkirdə yanğın baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

 

Kənd sakininə məxsus evdə yanğın olub.Bu zaman rayon sakinləri 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisənin qaz sızmasından baş verdiyi güman edilir. Yaxınlarının dediyinə görə, Elmar İsmayılov yataq ortağında siqareti yandıran zaman anidən partlayış qeydə alınıb.

 

Yerli hüquq mühafizə orqanlarının əməkdaşları evə baxış keçirib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Şəmkir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR