Qadının çantasını oğurlamaq istədi, bacarmadığı üçün bıçaqladı

# 17:12
14 noyabr 2022

Bərdədə qadına hücum edib çantasını oğurlamaq istəyən şəxs onu bıçaqlayıb.

 

Hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində baş verib.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, hücum edərək bir qadının çantasını ələ keçirtməyə cəhd göstərən şəxsin müqavimətlə üzləşdikdə ona bıçaqla xəsarət yetirməsi barədə Bərdə RPŞ-yə məlumat daxil olub.

 

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Həmçinin hadisə zamanı istifadə edilən bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR