Qadınlar niyə kişilərdən daha az maaş alırlar? - Qəribə səbəblər

# 13:17
15 dekabr 2022

Cəmiyyətdə qadın və kişinin bərabərhüquqlu olması həmişə müzakirə olunub. Çox zaman kişi və qadın eyni hüquqa malikdir deyilsə də, müxtəlif sahələrdə bunun əksini görürük. Məsələn, bəzi iş yerlərində kişi və qadın eyni vəzifəni icra edir, amma kişi qadından daha çox maaş alır. Ölkəmizdə qadınların kişilərin aldığı maaşın 63 faizini aldığı bildirilir.

 

Bəs bunun səbəbi nədir və vətəndaşlar bu haqda nə düşünür? Suallara cavab tapmağa çalışdıq. Vəziyyətdən narazı qalanlarla yanaşı, razı qalanlar da var.

 

Bəs kişi ilə eyni işi görən qadına niyə daha az əməkhaqqı verilir?

 

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bunun başlıca səbəbi kişilərin təhsil fərqləri, işə başlamazdan əvvəl fərqli statuslarda çalışmasıdır: “Burada diskriminasiya məsələləri də var. Kişilərin müxtəlif  təhsil fərqləri, başlanğıc nöqtələrdə fərqli statuslarda olması, qadınların daha çox yarım gün işləmək istəyi, qadınların seçdiyi sektorların kişilərin seçdiyi sektorlara nisbətdə riskinin az olması, işin gəlirinin də az olmasına gətirib çıxarır”.

 

Kişilərin qadınlara nisbətdə daha az maaş alması təkcə Azərbaycana aid problem deyil. Ekspertin sözlərinə görə, eyni hal demək olar ki, bütün dünya ölkələrində yaşanır: “Dünyada orta hesabla qadınlar kişilərlə müqayisədə 20 faiz daha az əməkhaqqı alırlar. Azərbaycanda isə bu rəqəm bir qədər daha çoxdur, kişilər qadınlara nisbətən 46% daha çox əməkhaqqı alırlar. Buna səbəb qadınların daha az əməkhaqqı verilən işləri  seçməsi ilə  əlaqədardır”.

 

Qadın kişi arasında bərabərhüquqluluğun pozulması səbəblərindən biri də qadınların yardımçı qüvvə kimi göstərilməsidir. Yəni “kişi evi dolandırır, daha yüksək maaş almalıdır” kimi fikirlər hələ də mövcuddur. Əslində maaşlar arasındakı fərq istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda qadın və kişilərin heç də bərabərhüquqlu olmadığının göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR