Qadınların əməyini kimlər istismar edir?
“Bizim əmək qanunvericiliyinə görə insanı 8 saatdan işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əməkhaqqı ödənilməlidir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, n dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər: “Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədirlər, günorta yeməyini də vermirlər. Onlara günə 8 manat, 10 manat pul verirlər. Bu da ayda 240 manat, minimum əməkhaqqından az edir. Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə hər saat işləməyinə görə əməkhaqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib