Qanunları kor-koranə qəbul edirik - Fəzail Ağamalı
“Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”.
APA TV xəbər verir, bunu bu gün Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, ölkədə uzun ömürlülük yaşı o qədər də yuxarı deyil: “İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar”.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib