Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırıldı

# 12:53
17 mart 2022

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, bu çərçivədə keçirilmiş silsilə tədbirlər nəticəsində meşə və meşəətrafı ərazilərdə qanunsuz fəaliyyət göstərən kömür istehsalı ilə məşğul olan xeyli sayda ocaqxanalar aşkar edilərək barələrində inzibati protokollar tərtib edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib, habelə bu kimi hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən meşə təsərrüfatı müəssisələrinə məktublar ünvanlanıb.

 

Qeyd olunan tədbirlərin davamı olaraq, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə Qax rayon xidməti ərazisində monitorinqlər keçirilib və meşə massivinin yaxınlığındakı kol-kos sahələrdə yerləşən qanunsuz fəaliyyət göstərən yeni kömürxanalar aşkar edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR