Qanunsuz ov edən rayon sakinləri saxlanıldı

# 13:42
25 yanvar 2023

Elektrik avadanlığından istifadə edərək qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun Poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıb. Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumulyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR