“Qanunsuz pul yığırlar, vermirsən, qarğış edirlər” – APA TV
Bakı şəhərindəki parkinqlərdə qanunsuz olaraq pul yığan şəxslərin sayı kütləvi şəkildə artıb.
Dövlət qurumları vaxtaşırı olaraq bildirirlər ki, bu formada pul yığılması qanunsuzdur. Buna baxmayaraq, problem hələ də həllini tapmayıb. Həmin şəxslər sürücülərdən parklanma üçün müəyyən qədər pul alır, hətta bəziləri rəsmi işçi kimi görünmək üçün sarı jiletlərdən də istifadə edirlər. Sabunçu rayonu ərazisində yerləşən müxtəlif ərazilərdə bu işlə məşğul olan insanlara yaxınlaşdıq. Fərqli bəhanələr gətirərək sürücülərdən pul yığmadıqlarını dedilər.
Ərazidə olan sürücülər və sakinlər də qanunsuz parklanma edib, pul alan şəxslərdən narazı olduqlarını bildirdilər. Qeyd edək ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödənişin tələb olunması qanunsuzdur. Sürücülər bunu nəzərə almalıdırlar. LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib