Qar və çovğun fəsadlar törətdi

# 18:04
16 noyabr 2021

Ötən gecə Şamaxı rayonunda başlayan güclü külək fəsadlara səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, küləyin təsiri nəticəsində Şamaxı şəhərində və kəndlərdə ağaclar aşıb, elektrik naqilləri qırılıb, bəzi yerlərdə əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Küləyin ardınca rayona qar yağıb, hazırda çovğun müşaiyət olunur.

 

Şamaxı şəhərinə 10 sm, dağlıq ərazilərə, eləcə də Pirqulu, Çuxuryurd və qonşu kəndlərə 20-25 sm qalınlığında qar yağıb. Çovğun nəticəsində dağlardakı qar avtomobil yollarına tökülüb, yollarda qarın qalınlığı artıb. Yollarda baş verən buzlaşma nəqliyyatın hərəkətinə çətinlik törədir. Hazırda Şamaxı-Pirqulu yolunda 20-ə yaxın avtomobil hərəkətsiz vəziyyətdə qalıb. Rayon Yol istismar idarəsinin işçiləri və texnikaları yoldakı qarı təmizləməyə çalışır, əraziyə düz və qum qarışığı səpir.

 

 

Şahnəzər Bəşirov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR