“Qarabağ” Avropada 2 pillə irəlilədi
Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonra top komandalarının reytinqi açıqlanıb. APA TV xəbər verir ki, Apasport.az saytının məlumatına görə, cədvəldə Avropanın 438 ən güclü klubu yer alıb. Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 211 xala malikdir. Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 4 vahid artırıb. Ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. “Qarabağ” hazırda Avropanın 77-cisidir. Qeyd edək ki, siyahıya 2297 xala malik “Real” başçılıq edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu