“Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Gəncədə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib.
APA TV xəbər verir ki, Heydər Əliyev meydanında baş tutan fləşmobda qazilər, universitet və kollec tələbələri, gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər. İki minə yaxın gənc Azərbaycanın xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıb.
Qeyd edək ki, fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşıb.
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq