Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirilib

# 03:14
24 avqust 2022

 

22 avqust 2022-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib. APA xəbər verir ki, məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparlıması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub. Görüşdə əsasən iki məsələ - Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpası müzakirə olunub. Görüş və danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitində baş tutub. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR