"Qarabağ" növbəti qələbəsini qazandı – APA TV

# 04:36
5 dekabr 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə Juninyo Olavio vurub. Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR