"Qarabağ" "Viktoriya"ya qarşı

# 12:27
17 avqust 2022

 

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. APA TV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Tərəflər indiyə qədər avrokuboklarda bir dəfə rəqib olub. 2016/2017 mövsümündə ÇL-in 3-cü təsnifat mərhələsinə təsadüf edən dueldə Plzen təmsilçisi sevinən tərəf olmuşdu. Baxmayaraq ki, hər iki görüşdə heç-heçə qeydə alınmışdı. Çexiyadakı matçda qolsuz, Bakıdakı görüşdə isə 1:1 hesablı bərabərlik rəqibin səfər qolu sayəsində mərhələ adlamasına şərait yaratmışdı. Bu baxımdan, qarşılaşma "köhlən atlar" üçün revanş xarakteri də daşıyır. Ağdam klubu oyuna yenə iki itki ilə çıxacaq. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR