Qarabağa qayıdan ilk sakinlərin HƏYƏCANI
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Bu ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinin başlanması hədəflənir. İlk olaraq Zəngilan rayonunun Ağalı kənd sakinləri 30 ilə yaxın həsrətdən sonra öz doğma yurdlarına qayıdacaqlar.
Paytaxtın Nərimanov rayonunda məskunlaşan bir qrup Ağalı sakini sabah yola düşür və 30 illik həsrətin son gecəsi yaşanır. Kimisinin gözləri yol çəkir, kimisi isə həyəcanla onlar üçün ayrılmış xüsusi yük maşınlarına əşyalarını daşıyır.
Elə bu məqamda gözümüz yataqxananın qarşısında təkcə oturmuş ağbirçək anaya tuş gəldi. Gözlərini yola dikib kövrək-kövrək baxırdı. Tanış olduq, 70 yaşlı Tamara xala deyir ki, o da Zəngilandandır. Amma sabah yol alanlardan deyil, o üzdən də kövrəkdir:
Qarabağa ilk köç xeyirli uğurlu olsun!
Sevinc Vaqifqızı,
Fariz Quluyev,
APA TV
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı