Qarabağda 326,6 ha ərazi minadan təmizlənib – APA TV
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb. ANAMA-dan APA TV-yə verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 22 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 234 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 326,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”