Qarabağdakı ermənilər rejimdən canlarını necə qurtarsınlar? - YENİ ÇIXIŞ YOLU

# 17:40
16 dekabr 2022

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün “qaynar xətt” yaradılıb.

Bu barədə APA-TV-yə Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyada iştirak edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin mərkəz rəhbəri Dilarə Əfəndiyeva məlumat verib. Onun sözlərinə görə, separatçıların yerli sakinlərə təzyiqlərinə baxmayaraq, əvvəlki günlərlə müqayisədə edilən zənglərin sayı əhəmiyyətli dərəcədə artıb: “Müraciətlərin çoxluğunu nəzərə alaraq mən və həmkarlarım mərkəzimizdə “qaynar xətt”in yaradılması qərarını qəbul etmişik. Biz həmvətənlərimizin müraciətlərinə operativ qaydada cavab verməyə hazırıq. “Qaynar xətt”imiz belədir: +994702779911”.

 

O, həmçinin Qarabağ ermənilərini quldur dəstələrinin qalıqlarının repressiyalarından qorxmamağa və Azərbaycan tərəfi ilə əlaqə yaratmağa çağırıb: “Xalqlarımızın dialoqa ehtiyacı var. Yalnız bir-birimizlə ünsiyyət quraraq bir-birimizin problemlərini və onların birgə həllini anlaya bilərik. Bu, inteqrasiya proseslərinin sürətləndirilməsinə kömək edəcək və birgə yaşayışın qurulmasına xidmət edəcək”.

 

Müsahibimiz həmçinin bildirdi ki, Qarabağ regionunda yaşayanlar arasında “qaynar xətt”ə müraciət edənlərin məxfiliyinin qorunmasına zəmanət verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR