“Qarabağ”ın gözlədiyi püşkatmanın vaxtı MƏLUM OLDU

# 14:43
24 avqust 2022

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir. APA TV xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin əsas raundunun püşkatma mərasimi avqustun 26-da baş tutacaq. Tədbir Türkiyənin İstanbul şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Mərasimdə Avropanın ikinci dərəcəli klub turnirinin 32 iştirakçısı 8 qrupa bölünəcək. Qrup mərhələsində ilk yeri tutanlar 1/8 finala, ikinci pillənin sahibi pley-offa, üçüncü komanda Konfrans Liqasının pley-offuna çıxacaq. Qeyd edək ki, qrup mərhələsi sentyabrın 8-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR