Qarabağla bağlı hansı təkliflər var? - PAŞİNYAN AÇIQLADI

# 17:41
29 oktyabr 2022

Dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

 

APA TV "Sputnik Armenia"ya istinadən xəbər verir ki bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında deyib.

 

O, Qarabağ məsələsinin həlli ilə bağlı bir neçə təklifin olduğunu bildirib.

 

“Birinci təklifdə Qarabağ məsələsinə toxunmadan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması yer alıb. Başqa bir yanaşma ondan ibarətdir ki, - Qarabağ məsələsini həll edək. Amma belə olan halda sual yaranır ki, bu tərəflərdən hansı onu Azərbaycanın bir hissəsi hesab edir, hansı hesab etmir. Amma dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”, - deyə Paşinyan əlavə edib.

 

Paşinyan KTMT ilə bağlı mövqeyini də açıqlayıb. Onun sözlərinə görə, 2021-ci ilin yanvar razılaşmasının vacib müddəalarından biri Ermənistan sərhədlərinin müttəfiqləri üçün “qırmızı xətt” olması olub.

 

Ermənistan Baş naziri Azərbaycanın 2021-ci il mayın 12-də Sotk-Xoznavar istiqamətində sərhədi "pozduğunu" iddia edib. O əlavə edib ki, həmin vaxt Ermənistan tərəfi “qırmızı xətt”in "pozulduğunu" və mexanizmlərin işə salınmalı olduğunun vacibliyini bildirib.

 

“Amma KTMT-dən bizə bildirildi ki, Azərbaycanla sərhəd demarkasiya olunmayıb. Ona görə də, Sərhədin haradan keçdiyini bilmirik. Bu açıqlama KTMT-nin mövcud olmaması deməkdir, çünki KTMT-nin məsuliyyəti var və bu, üzv dövlətlərin sərhədlərini əhatə edir. Əgər (üzv) dövlətlərdən birinin sərhədi yoxdursa, bu, o deməkdir ki, KTMT-nin məsuliyyət zonası yoxdur. Bu, o deməkdir ki, KTMT təşkilatı yoxdur. Bizim mövqeyimiz ondan ibarətdir ki, sərhəd var", - deyə Paşinyan vurğulayıb.

 

O qeyd edib ki, KTMT, eləcə də ikitərəfli formatda təhlükəsizlik öhdəlikləri olan Rusiya Federasiyası üçün bu öhdəliklərin “zəngi” çalınıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR