Qarabağlı terrorçular Fransa senatında nə axtarırlar?

# 20:32
23 noyabr 2021

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələri Fransaya səfər ediblər.

 

APA.TV xəbər verir ki, dırnaqarası ərazi və in­fras­trukturun idarəedilməsi naziri Hayk Xanumyan və dırnaqarası spiker Artur Tovmasyanı “böyük bacı” adlandırdıqları Fransanın senatında Respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri qəbul ediblər.

 

Siyasi təhlülçülərin fikrincə, Qarabağ məsələsində Fransanın təəssüf doğuran mövqeyi hamıya bəllidir. Bunu subut etməyə də ehtiyac yoxdur.

 

Vətən Müharibəsindən öncə də dəfələrlə işğal altında olan ərazilərimizə qanunsuz səfərlər edib, separatçılara maddi-mənəvi köməklik göstərib, ərazidə qanunsuz məskunlaşdırmanı dəstəkləyərək Fransa-erməni məktəbləri və digər ictimai iaşə obyekləri açıblar.

Onu da xatırladaq ki, müharibədən sonra Fransa senatında qondarma “Dağlıq Qarabağ Respublikası''nın müstəqilliyinin tanınması ilə bağlı müzakirələr keçirilib.

 

ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, indiyədək rəsmi və ya qeyri rəsmi səviyyədə yurdundan didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması barədə fikir bildirməyib.

 

Siyasi şərhçilərin fikrincə, müharibənin bitməsinə, üçtərəfli bəyanatın imzalanmasına, Ermənistanla Azərbaycanın müəyyən demarkasiya və delimitasiya danışıqlarına başlama ərəfəsində olmasına baxmayaraq, Parisdə təşkil olunmuş görüş açıq-aşkar Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməmək və xüsusilə, ikili standartarın təzahürüdür.

 

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışında Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmalı olduğunu, separatçıların Fransaya səfərini danışıqlar prosesinə zərər verdiyini və bölgəyə sülhün gəlməsinə mane olduğunu bildirib.

 

 “44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır. Bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”

 

Millət vəkili Hikmət Babaoğlu da Fransanın apardığı siyasətin regionda yeni reallıqlar şəraitində inkişaf edəcək əməkdaşlıqlara mane olduğunu bildirib:

 

 “Onların Fransa senatı və yerli icra hakimiyyəti strukturlarının ərəhbərləri tərəfindən dövlət nümayəndələri tərəfindən qarşılanması beynəlxalq hüquqa və siyasi diplomatiyaya   ziddir.  Bu hal Fransa kimi köklü dövlətin separatizmə dəstək verməsi və mənəvi qiymət versməsidir.

 

Və sonda... Daha o da qəribə gəlmir ki, Ukraynanın şərqindəki qondarma “Donetsk Xalq Respublikası”nın Fransadakı nümayəndəliyi ləğv edilib. Ancaq Qarabağdakı qondarma rejimin nümayəndəliyi Parisdə fəaliyyətini davam etdirir.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR