Qardaş bacısını qətlə yetirdi – KEÇMİŞ ƏRİ UŞAQLARINI TƏLƏB EDİR

# 00:40
15 iyul 2022

Tərtərdə qardaş bacısını qətlə yetirib. APA TV xəbər verir ki, öldürülən şəxs iki uşaq anası olub. Qatil hadisəni törətdikdən sonra polis əməkdaşlarına təslim olub.

Belə ki, Tərtər şəhər sakini 1996-cı il təvəllüdlü Aqil Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bacısı 1982-ci il təvəllüdlü Leyla Mustafayevanı bıçaqlayaraq öldürüb. Mərhumun meyiti müayinə olunmaq üçün tibbi ekspertiza mərkəzinə gətirilib.

APA TV olaraq hadisənin təfərrüatlarını araşdırmağa çalışdıq. Əvvəlcə Leyla Mustafayevanın yaxınları ilə görüşdük. Lakin onlar müsahibə verməkdən imtina etdikdə mərhumun həyat yoldaşı Mübariz Xanlarov ilə əlaqə yaradıb yaşadığı ünvana getdik. Söhbət zamanı məlum oldu ki, o Leyla Mustafayeva ilə 2007-ci ildə ailə həyatı qurub. 14 və 15 yaşlı 2 övladları da var. 5 il öncə rəsmi olaraq məhkəmə qərarı ilə boşanmalarına baxmayaraq sonradan barışıblar. 

Müsahibimiz deyir, bir müddət birlikdə yaşasalar da, Leyla Mustafayeva dəfələrlə evi tərk edib. Sonuncu dəfə isə o 3 gün öncə qayıdaraq bütün əşyalarını toplayıb və evi birdəfəlik tərk edib. Lakin gedərkən övladlarını özü ilə aparmayıb.

Qeyd edək ki, Aqil Mustafayev bacısı Leylanı evdən 10 km uzaqda, Tərtər-Şıxarx yolunun kənarında qətlə yetirib.

Tərtər rayon Prokurorluğunda verilən xəbərə görə, aparılmış  ilkin araşdırmalarla zərərçəkmişin qardaşı Aqil Mustafayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR