Qardaş qardaşın qanını tökdü
Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, dəhşətli hadisə Ağcabədi şəhər, Hüsü Hacıyev küçəsində qeydə alınıb. Hadisə zamanı qardaş qardaşına bıçaqla xəsarət yetirib. Rayon sakini İlqar Hüseynov və Elçin Hüseynov qardaşları arasında yaşadıqların evin həyətində mübahisə yaranıb. Mübahisə zamanı əsəblərinə hakim ola bilməyən İlqar Hüseynov bıçağa əl ataraq qardaşı Elçin Hüseynovu bıçaqlayıb. Yaralı dərhal Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.
Hadisəni törətməkdə şübhəli bilinən İlqar Hüseynov hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Elgün Gəncimsoy
Ziya İsmayıloğlu
APA TV, Ağcabədi
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu