Qardaşların vəziyyəti orta-ağır qiymətləndirilir
Ağstafada dava bıçaqlanma ilə nəticələnib. Hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. 22 yaşlı Kamil Vəlizadə və onun qardaşı, 24 yaşlı Ramin Vəlizadə kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Qardaşların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu Elşad Cəfər APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu