Qarın içində küçədə yatan azərbaycanlılar - Ürək göynədən görüntülər
İran hökumətinin güneydəki soydaşlarımıza qarşı düşmən münasibəti davam edir.
Bu barədə Lent.az məlumat yayıb.
Məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində qeydə alınan dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb, xeyli sayda yaralı və ölənlər var.
Hər zaman olduğu kimi, bu dəfə də İran hökuməti güneyli soydaşlarımıza sahib çıxmaq istəmir. Zəlzələnin fəsadları qarşısında çarəsiz qalan soydaşlarımız vətəndaşına sahib çıxa bilməyən molla rejimini sərt tənqid edirlər.
Qarlı və şaxtalı gecələrdə küçələrdə gecələmək məcburiyyətində qalan soydaşlarımız dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, onların şikayətinə cavab belə verilməyib. İran hökuməti təbii fəlakətdən əziyyət çəkən azərbaycanlılara düşmən münasibətini sərgiləməkdən çəkinmir. Çarəsiz qalan soydaşlarımız Allahdan imdad diləyirlər.
Xoylu soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq başında keçirirlər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu