Qarlı hava Göygöldə qəzaya səbəb olub
Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
APA TV – nin yerli bürosunun məlumatına görə, hadisə rayonunda Şəhidlər Xiyabanının qarşısında qeydə alınıb. Hərəkətdə olan "VAZ-21011" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. Qəzaya yolun buz bağlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,Mehdi Məmmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu