Qarlı-şaxtalı hava kəndləri işıqsız qoydu

# 17:14
13 dekabr 2022

Son günlər ölkənin şimal-qərb bölgəsində keçən qeyri-sabit hava şəraiti səbəbindən, Qax rayonunun rayon mərkəzindən 12-20 km uzaq məsafədə dağətəyi və dağlıq ərazidə yerləşən İlisu və Sarıbaş kəndlərinə qar yağıb, ərazidə havanın hərarəti mənfi 5-8 dərəcəyə qədər aşağı düşüb. Qarlı, şaxtalı hava səbəbindən sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.  

Yerli sakinlər bildirirlər ki, kəndlərə elektrik enerjisinin verilməsində yaranan fasiləyə səbəb qarlı-şaxtalı hava şəraitində elektrik naqillərinin donaraq qırılmasıdır. 
Vəziyyətlə bağlı  “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə cəlb edilib, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır. 
“Azərişıq” ASC-dən o da bildirilib ki, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR