Qarqar çayının daşması əkin sahələrinə ziyan vurdu
Son günlər yağan aramsız yağışlar və dolu düşməsi nəticəsində Ağdamın kənd təsərrüfatına ciddi ziyan dəyib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yağışlı hava ümumilikdə 83 fermerə məxsus 397. 92 hektar pambıq sahəsini məhv edib. Zərərçəkən fermerlərdən biri də Mötəbər Şükürovdur. Qeyri-sabit hava şəraiti onun 16 hektar pambıq sahəsini, 3 hektardan çox soğan sahəsini məhv edib.
Yağıntılı hava ucbatından zəhməti zay olan başqa fermerlərdə var. Fermerlər deyir ki, boş qalan sahələr gözümüzün qabağında göz dağına çevrilib. Onların sözlərinə görə, öz xərcləri bir yana, şirkətlərdən aldıqları toxum və şumlamaya sərf olunan vəsaiti də yağış və dolu yuyub aparıb. Fermerlər deyir ki, oturduğumuz yerdə işə düşmüşük. Şirkətlərə də borcumuz yaranıb.
Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) verilən məlumata görə, dəymiş ziyanın aradan qaldırılması üçün 30 hektar sahədə təkrar səpin işləri aparılıb, 192.92 hektar sahədə isə təkrar səpinin aparılması nəzərdə tutulub.
DAİM-dən o da bildirilib ki, rayonun Ergi ərazisində Xəqani Əliyevə məxsus 86 hektar buğda sahəsinə ziyan dəyib. Rayon ərazisindən keçən Qarqar çayının daşması nəticəsində Əfətli kəndində 78 hektar qarğıdalı, 3 hektar isə soğan sahəsinə ziyan dəyib.
Habil Aslanoğlu, Ziya İsmayılov, Ağdam
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)