Qax sakini meşədə faciəvi şəkildə öldü
Qax sakini meşədə bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisindəki meşədə baş verib.
Kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Səməndər oğlu Quliyev tanışı ilə meşəlik əraziyə quru odun hazırlamaq üçün gedib. Elsevər Quliyev ərazidə odun hazırlayan zaman yaxınlığında hündürlükdə olan başqa bir odun kötüyü onun üstünə düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elsevər Quliyev həyatını itirib.
Qeyd edək ki, Elsevər Quliyev ailəli olub, iki övlad atası idi.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu