Qax sakini meşədə faciəvi şəkildə öldü

# 14:37
3 yanvar 2023

Qax sakini meşədə bədbəxt hadisə nəticəsində ölüb.

 

Hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisindəki meşədə baş verib.

 

Kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Səməndər oğlu Quliyev tanışı ilə meşəlik əraziyə quru odun hazırlamaq üçün gedib. Elsevər Quliyev ərazidə odun hazırlayan zaman  yaxınlığında hündürlükdə olan başqa bir odun kötüyü onun üstünə düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elsevər Quliyev həyatını itirib.

Qeyd edək ki, Elsevər Quliyev ailəli olub, iki övlad atası idi.

 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR