Qaxda iki ailəyə məxsus fərdi yaşayış evləri yanıb
Qaxda iki ailəyə məxsus fərdi yaşayış evləri yanıb.
APA. TV-nin məlumatına görə, yangın hadisəsi rayon mərkəzi Məmmədəli Əmirov kücəsində Qax şəhər sakinləri Hacıyeva Nərminə Nemət qızı və onun qonşusu Hacıyev Salam Hacıxan ogluna məxsus bir damın altında bir birinə bitişik tikilmiş ümumi sahəsi 225kv/m olan fərdi yaşayış evlərində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evlərin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı