Qaxda iki ailəyə məxsus fərdi yaşayış evləri yanıb

# 23:24
6 iyun 2022

Qaxda iki ailəyə məxsus fərdi yaşayış evləri yanıb.

APA. TV-nin məlumatına görə,  yangın hadisəsi rayon mərkəzi  Məmmədəli Əmirov kücəsində Qax şəhər sakinləri   Hacıyeva Nərminə Nemət qızı və onun qonşusu  Hacıyev Salam Hacıxan ogluna məxsus bir damın altında bir birinə bitişik tikilmiş ümumi sahəsi 225kv/m olan  fərdi yaşayış evlərində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evlərin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.   Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR