Qaxda mağazadan oğurluq edən keçmiş məhkum yaxalandı
Axtarışda olan qadın Qaxda mağazalardan oğurluq etdiyinə görə saxlanılıb.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən Ağdam şəhər sakini Yaqut İbrahimova saxlanılıb.
Yaqut İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi