Qaxda qaydaları pozan 20 sürücü barəsində protokol tərtib olundu
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində növbəti reyd təşkil olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.
Ümumilikdə qaydaları pozan 20 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib olunub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik